top of page

navy.gate

naviqasiya həlləri

Biz istiqamətləndirək, siz irəliləyin!

filipe-lourenco-marques-pAoOSyIHoNA-unsplash.jpg

Biz kimik?

navy.gate – Azərbaycanda kompleks naviqasiya həlləri üzrə ixtisaslaşmış ilk və yeganə şirkət olaraq, fiziki işarələnmə sistemləri ilə rəqəmsal naviqasiya texnologiyalarını birləşdirən innovativ yanaşma təklif edir. Məkanların funksionallığını artırmaq, ziyarətçi təcrübəsini yaxşılaşdırmaq və brend mesajlarını effektiv şəkildə çatdırmaq bizim əsas məqsədimizdir.

​​

Biz naviqasiyanın yalnız istiqamət göstərməkdən ibarət olmadığını, əksinə, ziyarətçilərin məkanda rahat və intuitiv şəkildə hərəkət etmələrini təmin edən strateji bir alət olduğunu bilirik. Bu səbəbdən, hər layihəyə unikal yanaşır, ətraflı tədqiqat aparır və məkana uyğun fərdiləşdirilmiş həllər təqdim edirik.

​​

Xidmətlərimiz sırasında:

  • məkanın araşdırılması və təhlili

  • kreativ konseptin və naviqasiya strategiyasının hazırlanması

  • işarələrin dizaynı və texniki planlama

  • rəqəmsal xəritə və naviqasiya interfeyslərinin hazırlanması

  • istehsal və quraşdırma işləri

Təcrübəli komandamız sağlamlıq və təhsil müəssisələri, ticarət mərkəzləri, əyləncə və istirahət məkanları, yaşayış və ofis kompleksləri, muzeylər və digər ictimai sahələr üçün intuitiv, funksional və müvafiq normativ tələblərə cavab verən naviqasiya sistemləri qurur.

Haqqımızda

bizi uğura daşıyan nədir?

Gələcəyə baxış

  İstiqamət 

Məkanları təcrübəyə çevirmək.

 

Hədəf

Fiziki və rəqəmsal naviqasiya həlləri vasitəsilə mürəkkəb mühitlərdə ziyarətçilərin təhlükəsiz və rahat şəkildə hərəkət etmələrini təmin etməkdir.

Mağaza

hazır həllərimiz hansılardır?

​premium təhlükəsizlik işarələri

hansı dəyər qatırıq?

İstər fiziki işarələr, istərsə də rəqəmsal naviqasiya həlləri – xəritələr, yönləndirici sistemlər və tətbiqlər – insanlar üçün tanımadıqları binalarda, şəhərlərdə və nəqliyyat sistemlərində rahatlıqla yol tapmağa, çaşqınlıq yaşamadan məqsədə çatmağa imkan yaradır. Bu həllər həm ziyarətçi təcrübəsini artırır, həm də məkanlarda əlçatanlıq və təhlükəsizliyi təmin edir.

City Center

Ziyarətçilərin rahatlığı

Naviqasiya həlləri, istifadəçilərə mürəkkəb mühitlərdə aydın istiqamətlər təqdim edərək, onları daha rahat və inamlı hiss etdirir. Bu, ziyarətçilərin təyinat yerinə daha sürətli çatmasına şərait yaradır.

2

Təhlükəsiz və əlçatan mühit

Fövqəladə hallarda insanları təhlükəsiz çıxışlara və yardıma yönəldir, eyni zamanda əlilliyi olan şəxslər üçün müstəqil hərəkət etmə imkanı yaradır.

3

Brendin təşviqi

Naviqasiya sistemləri təkcə istiqamət göstərmir – onlar məkanın vizual dili və brend kimliyini gücləndirir. Ardıcıllığı qoruyan dizayn və kommunikasiya elementləri ziyarətçilərdə məkana dair güclü vizual və emosional assosiasiyalar yaradır.

4

Təkliflərin təbliğatı

Bir-birini tamamlayan naviqasiya həlləri ziyarətçiləri yalnız istiqamətləndirmir, eyni zamanda məkanda mövcud olan xidmət və imkanlar barədə məlumatlandırır. Bu isə onların daha çox xidmətlə tanış olmasına və onlardan yararlanmasına şərait yaradır.

Naviqasiyanın faydaları
İşarələnmə növləri
Sailing on Sea

işarələrin rolu nədir?

Fiziki işarələr, mürəkkəb mühitlərdə istiqamət tapmağa kömək edən ənənəvi, vizual vasitələrdir.

 

Bunlar arasında:

 

  • İstiqamət işarələri: yolu və istiqaməti göstərir.

  • Məlumat işarələri: xidmətlər və ümumi məlumatlar təqdim edir.

  • Təhlükəsizlik işarələri: təhlükəsizliyə dair göstərişlər verir.

  • İdentifikasiya işarələri: məkanları tanıdır.

 

Bu işarələr, mühitin anlaşılmasını asanlaşdıran və ziyarətçilərin təhlükəsizliyini təmin edən əsas vasitələrdir.

Rəqəmsal naviqasiya, istifadəçilərə real vaxtda daha dəqiq yönləndirmə təmin edir. Bəzi nümunələr:

 

  • Rəqəmsal xəritələr: istifadəçilərə məkandakı müxtəlif yerləri göstərən interaktiv xəritələrdir.

  • Blue dot texnologiyası: istifadəçinin real vaxtda dəqiq mövqeyini göstərən sistemdir.

  • Yönləndirmə həlləri: mobil telefon və interaktiv kiosk üzərindən ziyarətçilər mərhələli şəkildə doğru istiqamətə yönləndirilir.

 

Bu həllər fiziki işarələrlə birləşərək istifadəçilərin təcrübəsini daha asan və effektiv edir.

rəqəmsal naviqasiya nədir?

Xidmətlərimiz

nə təklif edirik?

data-center-2.jpeg

Ağır sənət

Layihə planlanması

 

Xidmətlər: işarələrin məkan üzrə dəqiq yerləşməsinin (GPS koordinatları ilə) siyahısı; hər işarə üçün məzmunun və qrafik faylların hazırlanması.

 

Sənədlər: işarələrin GPS koordinatlar ilə siyahısı; hər işarənin çap üçün hazır qrafik faylı.

 

 

İstehsal və quraşdırma

 

Xidmətlər: işarələrin təlimat kitabçasına uyğun istehsalı və təyin olunan yerlərə quraşdırılması; istehsal və quraşdırılmaya nəzarət.

 

Sənədlər: xəritə üzrə quraşdırılmış işarələrin nöqtələri, zəmanət talonu.

893ffc44-4e49-4fd7-9593-56df7b0f710c.jpg
sven-mieke-fteR0e2BzKo-unsplash.jpg
sven-mieke-fteR0e2BzKo-unsplash.jpg

Araşdırma və kreativ konseptin hazırlanması

 

Xidmətlər: araşdırma (ziyarətçi axının təhlili, məlumat iyerarxiyası, mövcud işarələnmə); iki kreativ konseptin hazırlanması və seçim üçün təqdim olunması.

 

Layihə nəticələri: araşdırma sənədi və iki kreativ konsept.

 

 

Strategiya və dizayn təlimatının hazırlanması

 

Xidmətlər: strategiyanın (iyerarxiya meyarları, axın təhlili, yerləşdirmə, kodlaşdırma sistemi) hazırlanması; dizayn təlimatının (rənglər və materiallar, piktoqramlar, illüstrasiyalar, istiqamət oxları və işarələr (ölçülər, məzmun nümunəsi, istehsal və quraşdırma detalları) hazırlanması.

 

Layihə nəticələri: işarələri planlamaq, istehsal etmək və quraşdırmaq üçün təlimat kitabçası.

data-center-2.jpeg

Layihə planlanması

 

Xidmətlər: işarələrin məkan üzrə dəqiq yerləşməsinin (GPS koordinatları ilə) siyahısı; hər işarə üçün məzmunun və qrafik faylların hazırlanması.

 

Layihə nəticələri: işarələrin GPS koordinatlar ilə siyahısı; hər işarənin çap üçün hazır qrafik faylı.

 

 

İstehsal və quraşdırma

 

Xidmətlər: işarələrin təlimat kitabçasına uyğun istehsalı və təyin olunan yerlərə quraşdırılması; istehsal və quraşdırılmaya nəzarət.

 

Layihə nəticələri: quraşdırılmış işarələr; xəritə üzrə quraşdırılmış işarələrin nöqtələrin toplusu; zəmanət talonu.

Rəqəmsal naviqasiyanın yaradılması

Xidmətlər: rəqəmsal xəritənin hazırlanması və sistemə inteqrasiya olunması; real vaxtda yönləndirmə üçün “blue dot” texnologiyasının tətbiqi; interaktiv kiosklarda və ya veb/mobil platformalarda xəritənin yerləşdirilməsi; istifadəçi sınaqları və texniki dəstək.

 

Layihə nəticələri: veb/mobil/kiosklara inteqrasiya edilmiş naviqasiyalı rəqəmsal xəritə; istifadə və texniki istismar təlimatı.

893ffc44-4e49-4fd7-9593-56df7b0f710c.jpg

ilk addımı atmağa hazırsınız?

Müraciətiniz üçün təşəkkür edirik!

Əlaqə
bottom of page