İşarələnmə növləri
İstiqamətverici işarələr
İstiqamətverici işarələr ən çox yayılmış yol işarəsi növüdür. Onlar səyahətinizi planlamaq və istiqamətiniz barədə qərar vermək üçün lazım olduğu yerlərdə yerləşir. İstiqamət nişanlarında istiqaməti göstərmək üçün oxlardan və müxtəlif simvollardan istifadə edilir. Bu işarələrdən bəziləri vahidlik və standartlaşdırma yaratmaq üçün qlobal səviyyədə tanınır.
İstiqamət nişanları sadə və anlaşılan olmalıdır. Məsələn, müəyyən bir məkanın yerini göstərən bir oxdan ibarət ola bilər. Ox sağa, sola, yuxarıya, aşağıya və ya irəliyə işarə edərək, insanlara yol tapma sistemlərini asanlıqla şərh etməyə kömək edirlər. İşarələrdə yer alan simvollar və digər məzmun oxuna bilən şriftə malik olmalıdır.
İdentifikasiya işarələri
İdentifikasiya işarələri da geniş yayılmışdır. Onların əsas məqsədi müəyyən bir məkanın və ya obyektin funksiyasını göstərməkdir. Məsələn, baş menecerin ofisinin girişində “baş menecer” lövhəsi və ya muzeyin girişində “Tarix muzeyi” lövhəsi identifikasiya işarəsi hesab edilir. Beləliklə, idenifikasiya işarələri sizə hansı məkanın qarşısında olduğunuz haqqında məlumat verir.
İdentifikasiya işarələri kifayət qədər məlumat verməlidir, lakin, eyni zamanda, insanları çaşdırmamalıdır. Lövhədə yer alan həddindən artıq təfərrüat əsas çatdırmaq istədiyiniz məlumatdan yayındıra bildiyindən, identifikasiya nişanı qısa və dəqiq olmalıdır.
Məlumatverici işarələr
Məlumatverici işarələr identifikasiya işarələrindən konkret obyekt haqqında geniş məlumat verməklə fərqlənir. Məlumat lövhələri adətən obyektin girişində yerləşir. Onların əsas məqsədi yer aldığı obyekt haqqında məlumatı və həmin ərazidə müxtəlif bölmələrin və təkliflərin yeri, funksiyası və mövcudluğu haqqında istifadəçilərə anlatmaqdır.
Beləliklə, həmin obyektdə olduğunuz zaman nələri tapa biləcəyiniz barədə ümumi məlumat ala bilirsiz. Müasir dövrdə məlumat lövhəsi Wi-Fi detalları kimi digər məlumatları da əhatə edə bilər.
Fövqaladə hal işarələri
Bu tip işarələrə “ilk yardım dəsti”, “fövqaladə əlaqə nömrələri”, “yanğınsöndürən balon”, “ehtiyat çıxış” və digər təhlükə haqqında məlumatı bildirən işarələr daxildir.
Fövqəladə hal işarələri hamı üçün görünən yerdə, məsələn, göz səviyyəsindən yuxarıda və ya yaxşı işıqlandırılmış yerdə yerləşdirilməlidir. Onlar uzaqdan asanlıqla görünməli və heç bir əşya tərəfindən bağlanmamalıdırlar. Fövqəladə hal işarələrində aydın və hamı tərəfindən başa düşülən sadə dil və universal simvollardan istifadə olunmalıdır.
Brayl işarələri
Brayl işarələri kor və görmə qabiliyyəti zəif olan şəxslərə kömək etdiyi Brayl əlifbası ilə tətbiq edilən işarələrdir. Bu cür işarələr həmin insanlara ictimai yerdə fövqəladə vəziyyət zamanı rahat və tez məkanı tərk etmək, məkanda öz yolunu tapmaq və ya məkan haqqında ətraflı məlumat almaq üçün bir mühit yaratmaqla, onlara diqqət və qayğının göstəricisidir.
Eyni zamanda, digər əlilliyi olan insanlar üçün də, onların cəmiyyətin ayrılmaz bir hissəsi olduqlarını təmin etmək məqsədilə, müxtəlif işarələrdən istifadə edilə bilər.
Reklam lövhələri
Reklam lövhələri məhsulları, xidmətləri və ya hadisələri tanıtmaq üçün nəzərdə tutulur. Potensial müştərilərin diqqətini cəlb etmək üçün bu işarələr adətən insanların sıx olduğu yerlərdə yerləşdirilir.
Reklam lövhələri həm məkanın xaricində, həm da daxilində yerləşdirilə bilər. Lövhələrin bir neçə həll variantları mövcuddur: bannerlər, afişalardan, plakatlar, rəqəmsal displeylər və digərləri. İşarə növünün seçimi nəzərdə tutulan auditoriyadan, yerləşdiyi yerdən və reklamçının büdcəsindən asılıdır.